Logo
    main-post-cover

    LinkedIn CEO-su dəyişdi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Ryan Roslansky altı illik rəhbərlikdən sonra LinkedIn şirkətinin baş direktoru vəzifəsindən ayrıldığını açıqlayıb. Onun yerinə dərhal qüvvəyə minən qərarla şirkətin əməliyyat direktoru Dan Shapero CEO vəzifəsini icra etməyə başlayıb. Roslansky LinkedIn-ə 2009-cu ildə qoşulmuş və şirkətin əvvəlki rəhbəri Jeff Weiner tərəfindən işə götürülmüş ilk əməkdaşlardan biri olub. O, şirkətdə müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2020-ci ildə, pandemiya dövründə əmək bazarında qeyri-müəyyənliyin yüksək olduğu bir vaxtda CEO postuna yüksəlmişdi.
    New LinkedIn CEO Daniel Shapero, left, and Ryan Roslansky, EVP of LinkedIn and Microsoft Office, at LinkedIn headquarters.
        Onun rəhbərliyi dövründə LinkedIn ciddi böyümə nümayiş etdirib. Platformanın istifadəçi sayı təxminən 700 milyondan 1,3 milyarda yüksəlib, illik gəliri isə 8 milyard dollardan 17 milyard dollardan çox səviyyəyə çatıb. Bu artım, əsasən, platformanın klassik iş elanları saytından daha geniş sosial şəbəkəyə çevrilməsi ilə əlaqələndirilir. Artıq LinkedIn-də rəhbərlər şəxsi təcrübələrini paylaşır, karyera tövsiyələri verir və daha interaktiv kontentlər yayımlayırlar.
        Qeyd edək ki, LinkedIn 2016-cı ildə Microsoft tərəfindən satın alınıb və Roslansky həmin şirkətdə icraçı vitse-prezident (EVP) vəzifəsini də daşıyır. O, açıqlamasında Microsoft daxilində rolunun daha da genişlənəcəyini bildirib. Yeni CEO Dan Shapero isə bundan sonra birbaşa ona hesabat verəcək.
     
    Paylaş