Logo
    main-post-cover

    LinkedIn işəgötürənlər üçün yeni doğrulama sistemini istifadəyə verdi

        LinkedIn istifadəçilərin peşəkar bacarıqlarını daha şəffaf şəkildə nümayiş etdirmək üçün yeni “Connected Apps” funksiyasını istifadəyə verib. Yeni imkan sayəsində istifadəçilər müəyyən tətbiqləri LinkedIn hesablarına bağlaya və həmin platformalardakı fəaliyyətlərini profil üzərində təsdiqlənmiş məlumat kimi göstərə biləcəklər. Bu yenilik LinkedIn-in 2026-cı ilin əvvəlində təqdim etdiyi bacarıq təsdiqləmə proqramının davamıdır. Daha əvvəl Duolingo, Descript, Lovable, Relay.app və Replit kimi xidmətlərlə əməkdaşlıq edən şirkət indi siyahıya Buffer, Fiverr, HubSpot və digər platformaları da əlavə edib. Yaxın zamanda Adobe Express, Adobe Firefly, GitHub Copilot, Zapier, Webflow və daha bir sıra məşhur xidmətlərə də dəstək veriləcək.
    LinkedIn will tell others how you really use Adobe's apps | The Verge
        Yeni sistem sadəcə istifadəçinin müəyyən proqramdan istifadə etdiyini göstərməklə kifayətlənmir. Məsələn, HubSpot istifadəçisi üçün profilində “segmentləşdirilmiş e-poçt kampaniyaları yaradır və göndərir” və ya “marketinq avtomatlaşdırma alətlərindən istifadə edir” kimi daha konkret fəaliyyət təsvirləri görünə bilər. Ən diqqətçəkən məqamlardan biri isə bu açıqlamaların istifadəçilər tərəfindən redaktə edilə bilməməsidir. Məlumatlar tətbiqlərdəki real fəaliyyətə əsaslanaraq avtomatik yenilənəcək. İlk mərhələdə dəyişikliklər barədə istifadəçilərə bildiriş göndərilməsə də, LinkedIn gələcək yeniləmələrdə bu funksiyanı əlavə etməyi planlaşdırır.
     
    Paylaş