LinkedIn orijinal olmayan AI məzmunlarını önə çıxarmayacaq
Sosial Media
18.05.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, LinkedIn süni intellektlə yaradılmış keyfiyyətsiz və təkrarlanan məzmunların yayılmasını azaltmaq üçün yeni addımlar atmağa başlayıb. Platforma artıq istifadəçilərin lentində “AI slop” adlandırılan, yəni süni intellekt vasitəsilə hazırlanmış, lakin orijinal fikir və dəyər təqdim etməyən paylaşımların görünürlüğünü azaltmağı hədəfləyir.
Şirkətin Məhsul üzrə vitse-prezidenti Laura Lorenzetti tərəfindən yayımlanan açıqlamada bildirilir ki, yenilənmə yalnız “engagement bait” tipli paylaşımları deyil, həm də təkrarlanan “thought leadership” yazılarını əhatə edəcək.
LinkedIn bu cür paylaşımların necə müəyyən ediləcəyi barədə detalları açıqlamasa da, şirkət bildirir ki, mühəndis komandası və redaksiya heyəti birlikdə istifadəçilərin hansı məzmunlarla daha keyfiyyətli qarşılıqlı əlaqə qurduğunu analiz edib. Məqsəd isə yeni fikir, ekspertiza və real təcrübə təqdim edən paylaşımları önə çıxarmaqdır.
Paylaş