
Lionel Messi-nin Dünya Çempionatı finalındakı fotosu Instagram-da ən çox bəyənmə sayına sahib fotosu oldu
Sosial Media
20.12.2022
Emil
Sosial şəbəkə trendləri gözlənilməz hadisədir. Məsələn Instagram-da ən çox bəyənmə sayına sahib yumurta fotosu bu statusu 3 il ərzində qoruya bildi. Lakin indiki dövrdə trendlər sürətlə yenilənir və dəyişir. Verilmiş yeni rəsmi məlumata əsasən Instagram-da ən çox bəyənmə sayına sahib yeni foto təyin edilib. Söhbət, Argentina millisinin kapitanı Lionel Messi-nin fotosundan gedir. Keçən həftənin sonunda futbol üzrə keçirilmiş Dünya Çempionatının final oyununda Argentina millisi Fransa millisinə qalib gəldi və Lionel Messi sonunda çoxdan gözlədiyi kuboku qazandı.

Oyundan sonra onun Dünya Çempionatı kubokunu əlində tutduğu foto isə nəticədə 56 milyondan çox bəyənmə yığıb. Bu göstərici ilə Lionel Messinin yeni fotosu daha əvvəlki rekorda imza atmış fotonu bəyənmə sayına görə geridə qoyub. Qeyd etmək lazımdır ki, 3 il bundan öncə adi yumurta fotosu Instagram-da trend olmuşdu və nəticədə həmin foto 56 milyona yaxın bəyənmə yığa bilmişdi. Həmçinin nəzərə almaq lazımdır ki, Lionel Messi-nin fotosu yeni rekord bəyənmə sayını çox qısa müddət ərzində yığmağı bacardı. Gələcəkdə sözügedən rekordu geridə qoyacaq fotoda nəyin əks olunacağını isə zaman göstərəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
