main-post-cover

    Mac kompüterləri üçün Whatsapp-ın Apple M prosessorlarını dəstəkləyən beta versiyası istifadəyə verilib

    Sosial Media
    25.01.2023
    Emil Nəcəfov
        Whatsapp tərtibatçıları keçən ilin yay fəslində messencerin Mac kompüterləri üçün nəzərdə tutulmuş tətbiqini hazırlamağa başladılar. Həmin vaxtda məlumat verilmişdi ki, hazırlanan tətbiq Apple şirkətinin M seriyalı prosessorlarını dəstəkləyəcək. Daha öncə macOS istifadəçilərinə messencerin veb versiyası əsasında hazırlanmış tətbiqdən istifadə etmək təklif edilirdi. İndi isə məlum olub ki, tərtibatçılar Whatsapp-ın Mac kompüterləri üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyasını istifadəyə veriblər. Beta versiyanı istənilən macOS istifadəçisi messencerin rəsmi saytından yükləyə bilər.
        İstifadəyə verilmiş beta versiya Apple şirkətinin M1, M1 Pro, M1 Max, M1 Ultra, M2, M2 Max M2 Pro prosessorlarını dəstəkləyir. Hazırlanmış tətbiq messencerin funksiyalarından rahatlıqla istifadə etməyə imkan verən yaxşılaşdırılmış istifadəçi interfeysinə sahibdir. Son bir neçə ay ərzində Whatsapp-ın macOS versiyası qapalı beta test mərhələsində olub. İndi isə onu istənilən macOS istifadəçisi yükləyərək test edə bilər. Tətbiqin Mac kompüterinə quraşdırılmasından və onda avtorizasiya prosesindən keçəndən sonra istifadəçi standart QR kodun skan edilməsi vasitəsilə öz hesabını iOS Android də daxil olmaqla digər cihazlarla sinxronlaşdıra bilər.
    Linki kopyala