Mark Zuckerberg Facebook-da olacaq yeni audio funksiyalar barəsində məlumat verib

Mark Zuckerberg Facebook-da olacaq yeni audio funksiyalar barəsində məlumat verib

Sosial Media
20.04.2021 PAYLAŞIM

    Facebook şirkətinin CEO-su Mark Zuckerberg, Discord servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə reallaşdırılacaq yeni audio funksiyalardan danışıb. Beləliklə verilmiş məlumata əsasən Facebook-da Soundbites adlı funksiya istifadəyə veriləcək. Sözügedən funksiya qısa audiokliplər yaratmağa və onları digərləri ilə paylaşmağa imkan verəcək. Bu funksiya yaxın bir neçə ay ərzində istifadəyə veriləcək və ilk mərhələdə kiçik istifadəçi kütləsi üçün aktiv olacaq. Bundan əlavə olaraq Facebook daxilində podkastların axtarış sistemi yaradılacaq.


    Bunun sayəsində istifadəçilər öz podkastlarını sosial şəbəkədə paylaşa biləcəklər. Zuckerberg-in sözlərinə əsasən Facebook bu məsələdə digər tətbiqlər ilə əməkdaşlıq üçün danışıqlar da aparır. Yay fəslində isə bütün Facebook istifadəçiləri üçün Clubhouse tərzində audio otaqlar istifadəyə veriləcək. Həmin otaqlar sayəsində istifadəçilər çıxış edən hansısa şəxsə qulaq asa və onunla qarşılıqlı əlaqədə ola biləcəklər. Bundan əlavə olaraq Facebook bu cür audio otaqların monetizasiya sistemini quracaq. Beləliklə istifadəçilər ilkin mərhələdə audio otaq yaradıcılarına ianələr göndərə biləcəklər. Daha sonra isə otağa birbaşa ödəniş və ya ödənişli abunəlik sistemi vasitəsilə daxil olma sistemi istifadəyə veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək...


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...


Facebook xüsusi bildiriş vasitəsilə iOS istifadəçilərinə təsir göstərməyə çalışı..

iOS platformasında Facebook və Instagram istifadəçiləri iOS 14.5 yenilənməsindən sonra Facebook-un k..


Telegram-a yaxın zamanda qrup videozəngləri funksiyası əlavə ediləcək

Yaxın zamanda Telegram-da nəhayət ki, qrup videozəngləri funksiyası istifadəyə veriləcək.


Telegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər və həmin yenilənmə bir sıra vacib ye..


Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı..

×