Logo
    main-post-cover

    Mark Zuckerberg, WhatsApp-dan pul qazanmaqda qərarlıdır (Yeniliklər)

    Sosial Media
    05.02.2020
            2014-cü ildə Facebook tərəfindən alınan WhatsApp o gündən pulsuz bir şəkildə xidmət edir. Lakin Facebook görünən odur ki, WhatsApp-dan pul qazanmaqda qərarlıdır. Facebook CEO-su Mark Zuckerberg bu haqda açıqlamalar verib. Şirkət hal-hazırda WhatsApp üçün yeni bir gəlir modeli üzərində işləyirlər.

    WhatsApp Pay və WhatsApp-da alış-veriş funksiyaları üzərində işlər davam edir. WhatsApp Pay hal-hazırda Hindistanda aktivdir.

            Mark Zuckerberg tərəfindən açıqlanan məlumatlara görə şirkət əsasən WhatsApp Pay WhatsApp Alış-veriş funksiyalarına fokuslanacaq. WhatsApp Pay ilə pul göndərmək şəkil göndərmək qədər asan olacaq. Hal-hazırda Hindistanda aktiv olaraq istifadə edilir. Digər tərəfdən WhatsApp Alış-Veriş funksiyası da təkmilləşdilir. Bu funksiya ilə istifadəçilər profillərdə olan məhsul kateqoriyalarından WhatsApp Pay ilə istənilən məhsulu ala biləcəklər. Bu 2 funksiyanın nə vaxt qlobal istifadəyə veriləcəyi bəlli deyil.
            Qeyd edək ki, WhatsApp 2014-cü ildə 22 milyard dollara Facebook tərəfindən alınmışdır. O zamanlar 0.99 dollar tələb edən servis, Facebook tərkibinə qatıldıqdan sonra tamamilə pulsuz oldu.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Mark Zuckerberg, WhatsApp-dan pul qazanmaqda qərarlıdır (Yeniliklər) | Technote