Məşhur bloqqerin PewDiePie adlı YouTube kanalı 100 milyon abunəçi göstəricisini əldə etdi

TEXNOLOGİYA


26.08.2019 0 PAYLAŞIM 245 OXUNMA


     24 avqust tarixində PewDiePie ləqəbli məşhur YouTube bloqqer olan Felix Kjellberg öz kanalında 100 milyon abunəçi göstəricisinə sahib oldu. Bu, YouTube tarixində ikinci, özəl kanal səviyyəsində isə birinci belə göstəricidir. Bu barədə Digger.ru saytı xəbər verib. Uzun müddət ərzində PewDiePie YouTube servisinin lideri idiı.

     Lakin 2018-ci ildə Hindistanın T-Series adlı mediaşirkəti ona əsl rəqib oldu və bu ilin mart ayında həmin şirkətin YouTube kanalının abunəçi sayı artıq PewDiePie kanalının abunəçi sayını keçmişdi. May ayında isə şirkətin YouTube kanalı 100 milyon abunəçi göstəricisini əldə etdi. Qeyd etmək lazımdır ki, məşhur bloqqer Felix Kjellberg-in PewDiePie kanalı 2010-cu ildə yaradılmışdı. Həmin kanal Let’s Play formatında fəaliyyətə başlamış ilk kanal idi.