main-post-cover

    Məşhur ev kirayəsi servisi olan Airbnb 2020-ci ildə IPO keçirtməyi planlaşdırır

    Sosial Media
    19.09.2019
    Emil Nəcəfov
        Qısamüddətli ev kirayəsi sahəsində fəaliyyət göstərən Airbnb şirkəti səhmlərin birjada ilkin yerləşdirilməsini 2020-ci ildə keçirtməyi planlaşdırır. Bu barədə şirkətin bəyanatına istinadən Vc.ru saytı xəbər verib. 18 sentyabr tarixində şirkət bildirdi ki, bu ilin ikinci rüb göstəricilərinə əsasən ilk 3 ay ərzində əldə olunmuş ümumi gəlirin miqdarı şirkət tarixində ikinci dəfə 1 milyard dolları keçib. Lakin şirkət gəlirli olub-olmaması barəsində bir məlumat verməyib.
        15 sentyabr tarxindəki statistikaya əsasən 2008-ci ildə istifadəyə verildiyi vaxtdan bəri bu servisdə öz evlərini kirayə vermiş istifadəçilər ümumilikdə 80 milyard dollar vəsait qazanblar. Hal hazırda Airbnb-nin bazasında bütün dünya üzrə 100.000-ə yaxın şəhərdə 7 milyon daşınmaz əmlak var. Şirkət öz IPO-nun hansı formatda keçirilməsi barəsində məlumat verməyib. Lakin Reuters saytının məlumatlarına əsasən şirkət birbaşa listinq keçirtməyi planlaşdırır. Bu halda səhmlər investorların iştirakı ilə keçirilən ön satışlar olmadan azad satışa buraxılır.
    Linki kopyala