Messenger'ə 'Unsend' funksiyası gəlir: Göndərilmiş mesajları silmək olacaq

Messenger'ə 'Unsend' funksiyası gəlir: Göndərilmiş mesajları silmək olacaq

Sosial Media
15.10.2018 PAYLAŞIM

    Bu ilin əvvəlində Facebook etiraf etmişdi ki, şirkət gizli şəkildə Mark Zuckerberg tərəfindən göndərilmiş bəzi köhnə mesajları silib. Bu xəbər bir çox istifadəçilərin qəzəbinə səbəb oldu. Belə ki, göndərilmiş mesajların silinməsi funksiyası yalnız Mark Zuckerberg üçün aktivdir. Bundan sonra Facebook şirkəti bildirmişdi ki, yaxın zamanda bu funksiyanı hamı üçün aktiv edəcək. Bu ilin Aprel ayında isə şirkət rəsmi olaraq bildirmişdi ki, “Unsend” funksiyasını hamı üçün aktiv etməyi planlaşdırır. Lakin bu funksiyanın nə zaman təqdim olunacağı barəsində məlumat verilməmişdi.

    Keçən həftə isə Techcrunch saytının jurnalistləri sözügedən funksiyanı Messenger tətbiqində aşkar ediblər. Jane Wong adlı şəxs öz Twitter hesabında Messenger üçün olan “Unsend” funksiyasının fotosunu paylaşıb. Göndərilmiş mesajların redaktə edilməsi zamanı mesajın üzərində “Unsend Message” yazısı əks olunur. Həmin düyməyə klik edən zaman ekranda “Your message will be removed fro the chat, and you” cümləsinin əks olunduğu bildiriş çıxır.

Bənzər xəbər



    Bu isə o deməkdir ki, istifadəçi tərəfindən göndəriliş mesaj həm onun həmdə digər şəxsin çatından silinir. Bundan əlavə olaraq Wong bildirib ki, göndərilmiş mesajın ləğv olunması üçün vaxt limiti də təyin etmək olacaq. Bu cür funksiya Gmail servisində də var. Belə ki, Gmail-də göndərilmiş məktubların silinməsi üçün 30 saniyə vaxt verilir. Facebook şirkətinin təmsilçisi isə təsdiq edib ki, şirkət hal hazırda bu yeni funksiyanın testini aparır və testlərdən sonra “Unsend” funksiyası hamı üçün aktiv olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək...


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...


Facebook xüsusi bildiriş vasitəsilə iOS istifadəçilərinə təsir göstərməyə çalışı..

iOS platformasında Facebook və Instagram istifadəçiləri iOS 14.5 yenilənməsindən sonra Facebook-un k..


Telegram-a yaxın zamanda qrup videozəngləri funksiyası əlavə ediləcək

Yaxın zamanda Telegram-da nəhayət ki, qrup videozəngləri funksiyası istifadəyə veriləcək.


Telegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər və həmin yenilənmə bir sıra vacib ye..


Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı..

×