main-post-cover

    Messenger ilə 1 mesajı 5-dən çox insana göndərmək mümkün olmayacaq

    Sosial Media
    25.03.2020
    Nijat Hamid
            Facebook, saxta və yalan xəbərlərlə mübarizəni gücləndirmək üçün addımlar atmağa davam edir. Belə ki, şirkət Messenger üçün bəzi yeniliklər üzərində işləyir. WhatsApp-a da uzun müddət əvvəl inteqrasiya edilən eyni mesajı limitli sayıda istifadəçiyə göndərmək artıq Messenger-ə də gətirilir.

    Facebook Messenger-də bir mesajı 5-dən çox insana göndərmək mümkün olmayacaq. Testlər davam edir.

             Şirkət 2018-də WhatsApp üçün də bu qadağanı gətirmişdi. Tərsinə mühəndislik (Reverse Engineering) edən Jane Manchun Wong bildirir ki, hazırda bu funksiya test mərhələsindədir və qısa zaman ərzində istifadəyə veriləcək. Lakin WhatsApp-da olduğu kimi göndərilən mesajların Yönləndirildi (İletildi / Forwarded) olaraq işarələnib işarələnməyəcəyi hələ bəlli deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər