Reklam
Messenger-in səsli və videozənglərinə end-to-end şifrələnmə funksiyası əlavə edilib

Messenger-in səsli və videozənglərinə end-to-end şifrələnmə funksiyası əlavə edilib

Sosial Media
16.08.2021 PAYLAŞIM

    Facebook Messenger-in səsli və videozənglərinə end-to-end şifrələnmə funksiyasını inteqrasiya etdiyini elan edib. Lakin istifadəçilər bu funksiyanı fərdi şəkildə aktivləşdirməli olacaqlar. Qeyd etmək laızmdır ki, Messenger-in mətnli mesajları end-to-end şifrələnmə özəlliyini hələ  2016-cı ildə əldə etmişdilər. İndi isə bu funksiya zənglər üçün də şamil olunub. Facebook bildirib ki, o bu funksiyanı zənglərə olan marağın artması fonunda daxil edir. Məlumata əsasən sosial şəbəkə gün ərzində Messenger-də 150 milyon videozəng qeydə alır. Whatsapp-da artıq end-to-end şifrələnməyə sahib zəngləri reallaşdırmaq mümkündür.

    Bu halda zəngi reallaşdıran ilə zəngi qəbul edəndən başqa heç kim şifrələnmiş məlumatları əldə edə bilmir. Bununla yanaşı Facebook yazılı mətnlərin sahib olduqları bir funksiyada dəyişiklik edib. Məlumdur ki, Messenger-də avtomatik olaraq silinən mesajlar özəlliyi mövcuddur. İstifadəçi mesajın silinmə müddətini təyin edə bilir və əvvəllər seçimlərdə 1, 15 dəqiqə və 1, 4 və 24 saat mövcud idi. İndi isə istifadəçi 5 saniyə zaman intervalını təyin edə bilər. Qeyd etmək lazımdır ki, Instagram istifadəçiləri də end-to-end şifrələnmə özəlliyini tətbiqdə əldə edəcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..


Whatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası hazırlanır..

Bəzən istifadəçilər mətnli mesajları tez göndərdikləri səbəbilə onların tərkiblərinə lazımi diqqəti ..

×