Logo
    main-post-cover

    Messenger Lite gələn ay deaktiv ediləcək

        Meta şirkəti Messenger-in Android üçün sadələşdirilmiş versiyası olan Messenger Lite tətbiqinin deaktiv edilməsinə qərar verib. Messenger Lite istifadəçiləri artıq bu barədə bildiriş əldə etməyə başlayıblar. Bildirişdə onlara standart Messenger versiyasına keçid etmək məsləhət görülür. Messenger Lite artıq 18 sentyabr tarixindən sonra çalışmayacaq. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq 2016-cı ildə təqdim edilmişdi. O, adi Messenger-in sadələşdirilmiş versiyasıdır və ilk növbədə aşağı performanslı cihazlara hədəflənmişdi. Lakin daha sonra Messenger Lite bütün Android cihazlar üçün istifadəyə verildi.
        İstifadəçilərə göndərilmiş bildirişdə üstəlik qeyd edilib ki, onların Messenger Lite-da olan çatları adi Messenger-də olduğu kimi qalacaqlar. Messenger Lite təkcə aşağı performansa sahib smarftonların istifadəçiləri arasında məşhur deyildi. Mesajların sürətli və rahat şəkildə mübadiləsini reallaşdırmağa imkan verən bir messencerdən istifadədə maraqlı olan şəxslər də daha çox Messenger Lite-dan istifadə edirdilər. Tətbiqin həcmi 10 MB-dan az təşkil edir. O, adi Messenger-in sahib olduğu bəzi funksiyaları özündə birləşdirməsə də ilk növbədə mesajların mübadiləsi üçün nəzərdə tutulmuş bir tətbiq kimi qəbul edilirdi.
    Paylaş
    Bənzər xəbərlər