Messenger və Instagram istifadəçiləri video zənglərdə rəqəmsal avatarlardan istifadə edə biləcəklər
Sosial Media
12.07.2023
Emil
Meta şirkəti elan edib ki, Facebook Messenger və Instagram istifadəçiləri video formatlı zənglər zamanı öz hesablarındakı fotoları rəqəmsal avatarlar ilə əvəz edə biləcəklər. Görünür, bu yeni funksiya şirkətin öz ekosistemini metakainata bir addım da yaxınlaşdırmağa imkan verəcək. Məlumata əsasən yeni funksiya Apple şirkətinin FaceTime servisindəki Memoji funksiyası tərzində çalışacaq. Meta şirkətinin rəqəmsal avatarları istifadəçinin üz mimikası və hərəkətlərini təkrarlaya bilirlər. Bununla yanaşı istifadəçilər rəqəmsal avatarlarında özlərini hansısa heyvanlarla da əvəz edə bilərlər. Daha bir yenilik isə avatarlar əsasında animasiyalı stikerlər olacaq. İstifadəçilər həmin stikerləri Stories paylaşımlarında, Facebook və Instagram çərçivəsində Reels videolarında, Facebookdakı rəylərdə və həmçinin özəl mesajlarda istifadə edə biləcəklər.
Paylaş
Bənzər xəbərlər