Logo
    main-post-cover

    Meta Messenger-in ayrıca veb-saytını bağlayır

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta şirkəti Messenger-in ayrıca fəaliyyət göstərən veb-saytını bağlamağa hazırlaşır. Şirkətin rəsmi yardım səhifəsində yer alan məlumata görə, messenger.com saytı aprel ayından etibarən fəaliyyətini dayandıracaq.
        Meta bildirir ki, messenger.com bağlandıqdan sonra istifadəçilər avtomatik olaraq facebook.com/messages ünvanına yönləndiriləcək və kompüter üzərindən yazışmalarını orada davam etdirə biləcəklər. Alternativ olaraq, istifadəçilər mobil tətbiqdən də istifadə etməyə davam edə bilərlər. Şirkət əlavə edib ki, tətbiqə keçid zamanı istifadəçilər əvvəlki çat tarixçələrini xüsusi PIN kod vasitəsilə bərpa edə biləcəklər. Bu PIN kod əvvəllər Messenger-də ehtiyat nüsxə yaradılarkən təyin olunub. Kodu xatırlamayanlar üçün isə sıfırlama imkanı təqdim olunur.
        Qərar bəzi istifadəçilər tərəfindən narazılıqla qarşılanıb. Xüsusilə də Facebook hesabını deaktiv edib, yalnız Messenger-dən istifadə edənlər bu dəyişiklikdən təsirlənəcək əsas qrup sayılır.
    Paylaş