Reklam
Meta musiqili video müəlliflərinə öz videoları vasitəsilə gəlir əldə etməyə imkan verəcək

Meta musiqili video müəlliflərinə öz videoları vasitəsilə gəlir əldə etməyə imkan verəcək

Sosial Media
27.07.2022 PAYLAŞIM

    Meta şirkəti Facebook istifadəçilərinə lisenziyalı musiqi kontentlərinin istifadə edildiyi videolardan gəlir əldə etməyə imkan verəcək. Bunun hesabına Facebook TikTok ilə daha yaxşı rəqabət aparmağı hədəfləyib. Meta musiqi sahəsinin təmsilçiləri ilə birlikdə Rights Manager adlı platforma yaradıb. Sözügedən platforma kontent yaradıcılarına öz hüquqlarını qorumaq imkanını verəcək. Məlumata əsasən lisenziyalı musiqilərin istifadə edildiyi videoların müəllifləri öz videolarından 20% gəlir əldə edəcəklər. Gəlirin yerdə qalan hissəsi isə videolarda istifadə edilən lisenziyalı musiqilərin hüquqi müəllifləri ilə Meta arasında bölünəcək.

    Bu cür monetizasiya üsulu çərçivəsində videolar 60 saniyəlik zaman göstəricisindən aşağı olmamalıdırlar. Bundan əlavə olaraq bu cür videolar vizual tərkibə sahib olmalıdırlar. Bu isə o deməkdir ki, lisenziyalı musiqi özü-özlüyündə videonun əsas tərkib hissəsi ola bilməz. Məlumatda qeyd edilib ki, Rights Manager platforması artıq bu həftə Facebook daxilində musiqili video müəllifləri üçün aktiv olacaq. Videolar In-Stream reklamlar vasitəsilə gəlir gətirəcəklər. Yəni musiqili videoların oynadılması zamanı istifadəçilərə reklam elanları göstəriləcək. Qeyd etmək lazımdır ki, Meta şirkətinin bu yeniliyi ilk növbədə ABŞ-da olan istifadəçilər üçün istifadəyə veriləcək və daha sonra digər regionlarda da aktiv olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube-da 4K videoların izlənmə imkanı yalnız Youtube Premium istifadəçiləri üç..

Youtube Premium-a sahib olmayan istifadəçilər videoplatformada videoların izlənməsi zamanı əlavə ola..


Instagram öz istifadəçilərini mesajlardakı çılpaq kontentlərdən qoruyacaq..

Instagram istifadəçiləri mesajlarda arzuolunmaz çılpaq fotolardan qoruyacaq yeni mexanizm üzərində ç..


Youtube kontent müəlliflərinə lisenziya olunmuş mahnılardan istifadə etməyə imka..

Made on Youtube tədbiri çərçivəsində videoservis Creator Music adlı proqramı anons edib.


Mozilla: 'Youtube-un məsləhət məqsədli alqoritmləri heç də düzgün şəkildə çalışm..

Firefox brauzeri ilə tanınan Mozilla şirkətinin aparmış olduğu irimiqyaslı tədqiqata əsasən Youtube-..


Youtube interfeysində bəzi dəyişikliklər olacaq

Youtube öz yenilənmiş interfeysini tədricən istifadəyə verməyə başlayb.

×