main-post-cover

    Meta musiqili video müəlliflərinə öz videoları vasitəsilə gəlir əldə etməyə imkan verəcək

    Sosial Media
    27.07.2022
    Emil Nəcəfov
        Meta şirkəti Facebook istifadəçilərinə lisenziyalı musiqi kontentlərinin istifadə edildiyi videolardan gəlir əldə etməyə imkan verəcək. Bunun hesabına Facebook TikTok ilə daha yaxşı rəqabət aparmağı hədəfləyib. Meta musiqi sahəsinin təmsilçiləri ilə birlikdə Rights Manager adlı platforma yaradıb. Sözügedən platforma kontent yaradıcılarına öz hüquqlarını qorumaq imkanını verəcək. Məlumata əsasən lisenziyalı musiqilərin istifadə edildiyi videoların müəllifləri öz videolarından 20% gəlir əldə edəcəklər. Gəlirin yerdə qalan hissəsi isə videolarda istifadə edilən lisenziyalı musiqilərin hüquqi müəllifləri ilə Meta arasında bölünəcək.
        Bu cür monetizasiya üsulu çərçivəsində videolar 60 saniyəlik zaman göstəricisindən aşağı olmamalıdırlar. Bundan əlavə olaraq bu cür videolar vizual tərkibə sahib olmalıdırlar. Bu isə o deməkdir ki, lisenziyalı musiqi özü-özlüyündə videonun əsas tərkib hissəsi ola bilməz. Məlumatda qeyd edilib ki, Rights Manager platforması artıq bu həftə Facebook daxilində musiqili video müəllifləri üçün aktiv olacaq. Videolar In-Stream reklamlar vasitəsilə gəlir gətirəcəklər. Yəni musiqili videoların oynadılması zamanı istifadəçilərə reklam elanları göstəriləcək. Qeyd etmək lazımdır ki, Meta şirkətinin bu yeniliyi ilk növbədə ABŞ-da olan istifadəçilər üçün istifadəyə veriləcək və daha sonra digər regionlarda da aktiv olacaq.
    Linki kopyala