Reklam
Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları istifadəyə veriləcək

Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları istifadəyə veriləcək

Sosial Media
22.06.2022 PAYLAŞIM

    Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizasiya imkanlarını genişləndirəcək. Meta-nın platformalarında olan bəzi monetizasiya funksiyaları daha çox blogger üçün aktivləşdiriləcəklər. Bəzi funksiyalar isə 2024-cü ilə kimi pulsuz olaraq qalacaqlar. Yeni monetizasiya üsullarından biri də Instagram-da marketplace olacaq. Müxtəlif brendlərin təmsilçiləri həmin marketplace vasitəsilə özlərinə uyğun olan bloggerləri axtarıb tapa biləcəklər. Uyğun gələn kontent yaradıcısının tapılmasından sonra brend təmsilçisi marketplace üzərindən bloggerə bu və ya digər məhsul barəsində bütün materialları göndərə biləcək.

    Instagram-ın mesajlar bölməsində xüsusi qovluq istifadəyə veriləcək və həmin qovluqda bloggerlər məhsulların reklamları məsələsində danışıqlar apara, öz layihələrini və təkliflərini filtrləyə biləcəklər. Qeyd etmək lazımdır ki, buna bənzər monetizasiya alətləri artıq TikTok-da mövcuddur. Instagram daxilində istifadəyə veriləcək Creator Marketplace isə TikTok ilə rəqabətdə Meta üçün daha bir üsul olacaq. Facebook daxilində istifadəyə veriləcək daha bir təşəbbüs Reels Play Bonus olacaq. Sözügedən funksiya geniş blogger kütləsi üçün aktiv olacaq. Onun vasitəsilə Instagram bloggerləri öz qısa videolarını Facebook-da yerləşdirə və onları monetizasiya edə biləcəklər. Bu layihə üçün Meta şirkəti 1 milyard dollar büdcə ayırıb. Sözügedən təşəbbüsdən son 30 gün ərzində minimum 5 video yerləşdirmiş və minimum 100.000 baxış say yığmış bloggerlər istifadə edə biləcəklər.


    Bloggerlərin abunəçiləri onlara Facebook Stars proqramı çərçivəsində virtual hədiyyələr vasitəsilə dəstək məsələsində geniş imkanlara sahib olacaqlar. Facebook Stars proqramına qoşulmaq üçün blogger Meta-nın monetizasiya siyasətinin tələblərinə uyğun olmalı, sözügedən proqramın dəstəkləndiyi regionda yaşamalı və son 60 gündə minimum 1000 abunəçi yığmış olmalıdır. Bundan əlavə olaraq Zuckerberg bildirib ki, şirkət Instagram daxilində NFT-lərin testini daha da genişləndirəcək. Hal hazırda Instagram NFT məsələsində Ethereum Polygon blockchain platformalarını dəstəkləyir. Yaxın zamanda isə Flow Solana platformalarının dəstəkləri də əlavə ediləcək. NFT-lər həmçinin Facebook daxilində də test ediləcək. Test formatında NFT-lərin dəstəyi həm də Instagram Stories-ə əlavə ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..


Whatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası hazırlanır..

Bəzən istifadəçilər mətnli mesajları tez göndərdikləri səbəbilə onların tərkiblərinə lazımi diqqəti ..


Whatsapp-da avtomatik silinən mesajları yaddaşda saxlamaq mümkün olacaq

Whatsapp tərtibatçıları messencerdəki avtomatik silinən mesajlar funksiyasını təkmilləşdirməyə davam..

×