Logo
    main-post-cover

    Meta-nın Threads platforması mobil bazarda X-i ötüb

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta tərəfindən istifadəyə verilən Threads platforması istifadəyə verilməsindən təxminən üç il sonra mühüm bir mərhələni geridə qoyub. Similarweb məlumatlarına əsasən, Threads artıq mobil tətbiqlər üzrə gündəlik aktiv istifadəçi sayında X platformasını üstələyib.
    Threads has more active users now than during its initial peak, says Meta |  ZDNET
        TechCrunch-ın paylaşdığı statistikaya görə, 7 yanvar tarixinə Threads-in iOS və Android platformalarında gündəlik aktiv istifadəçi sayı qlobal miqyasda 141,5 milyon, X-in isə 125 milyon olub. Məlumata görə, Threads-in X-i geridə qoyması oktyabrın sonu, noyabrın əvvəllərinə təsadüf edir və bu artım son dövrlərdə X ətrafında yaranan Grok qalmaqalları ilə birbaşa əlaqəli deyil. Platforma uzunmüddətli və stabil artım göstərərək bu nöqtəyə çatıb.
        ABŞ bazarında isə vəziyyət bir qədər fərqlidir. X hələlik mobil istifadəçi sayına görə Threads-dən öndədir. Web istifadəsi sahəsində isə üstünlük hələ də X tərəfindədir. 13 yanvar tarixində X-in gündəlik web ziyarətçi sayı 145,4 milyon, Threads-in isə cəmi 8,5 milyon olub. Ümumilikdə Threads mobil və web üzrə birlikdə təxminən 150 milyon gündəlik istifadəçiyə sahibdir. Bu göstərici X-in 270 milyondan çox gündəlik istifadəçisi ilə müqayisədə hələ də xeyli geri qalır.
    Paylaş