Logo
    main-post-cover

    Meta-nın Threads servisi ilə bağlı mənfi bir özəllik məlum olub

    Sosial Media
    07.07.2023
        Meta şirkəti özünün Twitter analoqu olan Threads servisini istifadəyə verəndən sonra ilk 7 saat ərzində servis 10 milyon istifadəçini özünə cəlb edə bilib. Qeyd etmək lazımdır ki, bu yeni servisdən istifadə etmək üçün istifadəçinin Instagram hesabı olmalıdır. Yəni Threads-dəki hesab birbaşa Instagram hesabına bağlı olur. Məlum olub ki, bu özəllik əslində mənfi xarakter daşıyır. Məsələ burasındadır ki, istifadəçi Threads-dəki hesabının silinməsini Instagram-dakı hesabının silinməsi vasitəsilə reallaşdırmalı olacaq.
        Bu, iki servisin bir-birilə əlaqədə olması səbəbilə baş verir. Bu barədə məlumat Meta-nın əlavə konfidensiallıq siyasətində qeyd edilib. “Siz istənilən zaman Threads hesabınızı dondura bilərsiniz. Lakin hesabı bir dəfəlik silmək üçün siz Instagram hesabınızını silməli olacaqsınız” - deyə məlumatda qeyd edilib. Qeyd etmək lazımdır ki, hal hazırda Threads Instagram-ın ən uğurlu klonu hesab edilir. Ondan artıq adi istifadəçilər ilə yanaşı Netflix, Amazon Pepsi kimi məşhur şirkətlər də istifadə etməyə başlayıblar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Meta-nın Threads servisi ilə bağlı mənfi bir özəllik məlum olub | Technote