Logo
    main-post-cover

    Meta-nın Twitter analoqunun tətbiqi Google Play Market-də ortaya çıxıb

        Google Play Market-də müəyyən müddət ərzində Threads adlı tətbiq ortaya çıxıb. Qeyd etmək lazımdır ki, bu, Meta şirkəti tərəfindən hazırlanan Twitter analoqudur. Məlumatda qeyd edilib ki, tətbiq çox qısa müddət ərzində Google Play-də aktiv olub və daha sonra bilinməyən səbəblərə görə ordan silinib. Lakin insayderlərdən biri Threads-i vaxtında yükləyə bilib və onun istifadəçi interfeysini sərgiləyib. Təqdim olunmuş fotolardan birinə əsasən söyləmək olar ki, istifadəçi sözügedən tətbiq daxilində öz Instagram hesabı vasitəsilə giriş edə bilər.
        İstifadəçi interfeysinin özü isə Twitter-i xatırladır. Mətn formatında paylaşımın edilməsi üçün nəzərdə tutulmuş pəncərənin yuxarı sağ hissəsində daxil edilən simvolların limit göstəricisi əks olunub. Bununla yanaşı paylaşılacaq mətnə əlavə faylların bərkidilməsi də mümkündür. Paylaşımların izlənməsi zamanı isə istifadəçi onları bəyənə, repost edə və onlara rəy bildirə bilər. Threads-in hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər