
Meta şirkəti Threads-in veb versiyasını anons edib
Sosial Media
23.08.2023
Emil
Meta şirkəti Threads servisinin veb versiyasını anons edib. Beləliklə bundan sonra istifadəçilər brauzer vasitəsilə Threads-də paylaşımlar edə, digərlərinin paylaşımlarını oxuya və onlarla qarşılıq əlaqədə ola bilərlər. Threads-in veb versiyası yaxın bir neçə gün ərzində istifadəyə veriləcək. İndiyənə kimi Threads-ə veb üzərindən daxil olan zaman sadəcə olaraq digərlərinin paylaşımlarını oxumaq mümkün idi. Bəyənmə və paylaşma düymələrinin olmalarına baxmayaraq bu əməliyyatları yerinə yetirmək mümkün deyildi.
Məlumatda qeyd edilib ki, servisin veb versiyasının interfeysi mobil tətbiqin interfeysinə bənzəyəcək. Lakin bununla belə bəzi fərqliliklər olacaq. Məsələn naviqasiya elementləri səhifənin yuxarı hissəsində, paylaşımların əks olunduqları xəbər lentləri arasındakı keçid düyməsi isə aşağı sol hissədə yerləşəcək. Qeyd etmək lazımdır ki, Threads-in veb versiyasında bəzi məhdudiyyətlər olacaq. Məsələn istifadəçilər veb versiyada öz hesablarını redaktə edə bilməyəcəklər və Instagram-dakı özəl mesajlar vasitəsilə Threads-dəki paylaşımları bölüşə bilməyəcəklər.
Paylaş
Bənzər xəbərlər