Logo
    main-post-cover

    Meta süni intellektlə yeni sosial media formatı qurur

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Mark Zuckerberg sosial medianın gələcəyini artıq “metaverse” yox, süni intellekt üzərində qurur. Şirkətin son maliyyə hesabatı zamanı çıxış edən Zuckerberg bildirib ki, süni intellekt yeni media formatına çevriləcək və sosial şəbəkələr daha “immersiv” və interaktiv olacaq.
    Meta's Mark Zuckerberg Takes Swipe at Apple's Vision Pro Headset
        Onun sözlərinə görə, sosial media indiyə qədər mətn, foto və video mərhələlərindən keçib. İndi isə növbəti böyük addım AI sayəsində mümkün olan tam yeni formatlardır. Zuckerberg qeyd edib ki, hazırda tətbiqlər sadəcə alqoritmlər kimi işləyir və məzmun tövsiyə edir, amma gələcəkdə Meta platformaları istifadəçini “başa düşən” AI-larla açılacaq və hər kəs üçün fərdi, avtomatik yaradılmış kontent təqdim ediləcək.
        Meta artıq bu strategiyanın ilkin nümunəsini təqdim edib. Şirkətin Meta AI tətbiqində istifadəyə verilən “Vibes” adlı yeni lentdə istifadəçilər qısa, süni intellektlə yaradılmış videoları skroll edə bilirlər. Zuckerberg bildirib ki, gələcəkdə istifadəçilər sadəcə bir mətn əmri ilə oyun və ya virtual dünya yarada və bunu dostları ilə paylaşa biləcəklər. Hətta videoların interaktiv olması, izləyicinin videonun içinə “daxil olması” belə mümkün ola bilər.
    Paylaş