Logo
    main-post-cover

    Meta Threads-də “Dear Algo” funksiyasını rəsmi olaraq istifadəyə verdi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta Threads platformasında istifadəçilərin uzun müddətdir şikayət etdiyi tövsiyə alqoritmi ilə bağlı tənqidləri yeni bir funksiyaya çevirib. Platformanın ilk günlərindən etibarən istifadəçilər qarşılarına çıxan paylaşımların maraq dairələrinə uyğun olmadığını bildirirdilər. Bu narazılıq zamanla “meme”ə çevrilmiş və istifadəçilər “Dear algorithm” sözləri ilə başlayan paylaşımlar edərək daha çox hansı mövzuları görmək istədiklərini yazırdılar.
        İndi isə Meta həmin ideyanı rəsmi xüsusiyyətə çevirib. Yeni funksiya sayəsində istifadəçilər “dear algo” sözləri ilə başlayan paylaşım edərək lentdə hansı mövzuların daha çox və ya daha az göstərilməsini istədiklərini real vaxt rejimində bildirə biləcəklər.
        İstifadəçilər alqoritmə etdikləri müraciətləri tətbiqin ayarlar bölməsində izləyə, dəyişdirə və ya silə bilərlər. Bundan əlavə, başqalarının “dear algo” paylaşımlarını paylaşmaq (repost etmək) da mümkündür və bu mövzular istifadəçinin lentinə təsir göstərə bilər.
        Funksiya ötən ilin sonunda məhdud test mərhələsindən keçib. Hazırda “dear algo” xüsusiyyəti ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada istifadəçilər üçün aktivdir. Digər ölkələrdə isə yaxın zamanda istifadəyə verilməsi planlaşdırılır.
    Paylaş