
Milyon dollarlıq paylaşımlar: Instagram'ın ən varlı 10 ulduzu
Sosial Media
27.07.2018
Emil
Hamı üçün açıq olan daxili məlumatların analizini etməyə
imkan verən HopperHQ adlı servis vasitəsilə məşhur ulduz və bloqqerlərin
Instagram-dakı paylaşımlara görə nə qədər pul qazandıqları məlum olub. Sözügedən
servis bu və ya digər şəxsin istifadəçi kütləsini, həmin istifadəçi kütləsinin
maraq dairəsini və s. faktorları nəzərə alır. Bu məlumatlar sayəsində isə
Instagram-ın ən varlı ulduzlarının reytinqi tərtib olunub. Beləliklə həmin
reytinqi sizlərə təqdim edirik:
10-cu yerdə fotomodel Kendall Jenner qərarlaşıb. Onun 93
milyon abunəçisi var. Bu statistika ilə Kendall Instagram-dakı bir paylaşım sayəsində
500.000$ qazanır.

9-cu yeri Lionel Messi tutur. Onun 97 milyon abunəçisi var.
Bunun sayəsində isə o, bir paylaşıma görə 500.000$ qazanır. Yəni ilk öncə
futbol oynayırsan və daha sonra bloqqerlikdən pul qazanırsan.

8-ci yeri Neymar tutur. Onun 100 milyon abunəçisi var.
Futbolda simulyasiyadan başqa o hətta bloqqerlik vasitəsilə də pul qazana
bilir. Belə ki, Instagram-dakı bir paylaşıma görə o, 600.000$ qazanır.

7-ci yerdə məşhur müğənni Justin Bieber qərarlaşır. Onun 101
milyon istifadəçi kütləsi var. Bunun sayəsində isə o, 630 .000$ qazanır.

6-cı yeri Dwayne Johnson tutur. 111 milyon istifadəçi kütləsi
sayəsində məşhur aktyor bir paylaşıma görə 650.000$ qazanır.

5-ci yeri məşhur müğənni Beyonce tutur. Onun 116 milyon
istifadəçi kütləsi var və onun bir paylaşımının qiyməti 700.000$ təşkil edir.

4-cü yeri Kim Kardashian tutur. 114 milyon istifadəçi kütləsi
sayəsində Kim Kardashian bir paylaşıma görə 720.000$ qazanır.

3-cü yerdə Christiano Ronaldo qərarlaşır. Instagram-da bu məşhur
futbol ulduzunu 137 milyon insan izləyir. Bunun sayəsində isə o, bir paylaşıma
görə 750.000$ qazanır.

2-ci yeri Justin Bieber-in keçmiş sevgilisi Selena Gomez
tutur. Onun demək olar ki, 140 milyon istifadəçi kütləsi var. Instagram-dakı
bir paylaşıma əldə etdiyi gəlir isə 800.000$ təşkil edir.

1-ci yeri Kylie Jenner tutur. O, Kardashian nəslinin ən
cavan nümayəndəsidir. 112 milyon istifadəçi kütləsi ilə Jenner bir paylaşıma
görə 1 milyon dollar qazanır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
