main-post-cover

    Montana öz ərazisində TikTok-u tamamilə qadağan etmiş ilk ABŞ ştatı oldu

    Sosial Media
    18.05.2023
    Farid Pardashunas
        ABŞ-ın Montana ştatının qubernatoru ByteDance şirkətinə məxsus TikTok servisinin ştat ərazisində fəaliyyətinin tamamilə qadağan edilməsi qanununu imzalayıb. Güman olunur ki, bu qərar vasitəsilə ştat əhalisinin konfidensial məlumatlarını Çinin xüsusi orqanlarından qorumaq mümkün olacaq. Beləliklə Montana TikTok-ü öz ərazisində tamamilə qadağan etmiş ilk ABŞ ştatı oldu. Apple Google şirkətləri Montana ştatı daxilində öz platformalarında TikTok-u istifadəçilərə təqdim etməməlidirlər. Məlumatda qeyd edilib, TikTok-un ştat ərazisində qadağan edilməsi qanunu gələn ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.
        Çox güman ki, TikTok bu qərara məhkəmə vasitəsilə qarşı çıxacaq. Lakin servisin təmsilçiləri tərəfindən hələ heç bir rəsmi rəy təqdim edilməyib. Bir neçə müddət bundan öncə TikTok rəsmiləri qeyd etmişdilər ki, bu yeni qanun ABŞ Konstitusiyasında edilmiş ilk düzəlişi tamamilə pozur və servis Montana ştatı da daxil olmaqla bütün amerikalı istifadəçilərin hüquqlarının qorunması ilə məşğul olmağa davam edəcək. Qeyd etmək lazımdır ki, TikTok-un amerikalı istifadəçi kütləsi 150 milyon insan təşkil edir. Məlumdur ki, sözügedən servis gənc istifadəçilər arasında çox məşhurdur.
        Məlumata əsasən 13 yaşından 17 yaşına kimi olan amerikalı vətəndaşların 67%-i TikTok-dan istifadə edir. Onların 16%-i isə servisdən hər gün istifadə edir. 1 milyondan bir qədər çox əhaliyə sahib Montana ştatının rəsmiləri qeyd ediblər ki, təyin edilmiş qadağanın pozulması halında TikTok pozulmuş hər bir qanuna görə cərimələnəcək və üstəlik ştat servisin 1 yanvar 2024-cü il tarixindən sonra öz ərazisində çalışacağı hər əlavə gün üçün 10 000$ təzminat təyin edəcək. Son bənd eynilə Apple ilə Google şirkətlərinə də aid ediləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər