Montana ştatı ərazisində dövlət xidmətində olan cihazlara Telegram ilə WeChat-ın quraşdırılması qadağan edilib

Montana ştatı ərazisində dövlət xidmətində olan cihazlara Telegram ilə WeChat-ın quraşdırılması qadağan edilib

Sosial Media
19.05.2023 PAYLAŞIM

    Montana ştatının ərazisində TikTok-un tamamilə qadağan edilməsi ilə bağlı qərarı qəbul etmiş qubernator Greg Gianforte həmçinin Telegram ilə WeChat messencerlərində də böyük risklər görür. Bu səbəbdən də qubernator dövlət xidmətində olan cihazlara bu tətbiqlərin quraşdırlmasını qadağan edib. Potensial təhlükəyə sahib tətbiqlər siyahısına qubernator üstəlik CapCut-ı və ByteDance şirkətinə məxsus olan Lemon8-i əlavə edib. Görünür, Greg Gianforte-ni Çin şirkətləri tərəfindən yaradılan tətbiqlər narahat edirlər. Bu məsələdə istisna kimi Telegram çıxış edir.

    Belə ki, sözügedən messencer Pavel Durov tərəfindən yaradılıb və onun baş ofisi Dubayda yerləşir. Qubernatorun sözlərinə əsasən Rusiya hökuməti Telegram vasitəsilə istifadəçiləri monitorinq və onların konfidensial məlumatlarını əldə edir. Greg Gianforte-nin qəbul etmiş olduğu yeni qərar 1 iyun tarixindən qüvvəyə minəcək. Beləliklə adları sadalanmış tətbiqlərin dövlət tərəfindən təqdim edilmiş smartfonlara, noutbuklara, planşetlərə, stoiüstü kompüterlərə və internetə qoşulma imkanına sahib digər cihazlara quraşdırılması qadağan edilir. 




DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×