main-post-cover

    Montana ştatı TikTok-u öz ərazisində tamamilə qadağan edə biləcək ilk ABŞ ştatı ola bilər

    Sosial Media
    18.04.2023
    Farid Pardashunas
        Montana ştatı öz ərazisində TikTok-u fərdi cihazlar da daxil olmaqla bütün növ cihazlarda qadağan edə biləcək ilk ABŞ ştatı ola bilər. Belə ki, ştatın parlamentariləri tərəfindən bu qanun qəbul edilib. Əgər Montana ştatının qubernatoru Greg Gianforte qəbul edilmiş qanunu imzalasa, qadağa gələn ilin yanvar ayından qüvvəyə minəcək. TikTok-un sahibi olan ByteDance şirkəti Montana ştatının bu qərarına qarşı məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu bildirib.
        SB 419 nömrəli qanunda TikTok-dan ola biləcək təhlükələrdən danışılır. Onların arasında Çin dövlətinə tabe olan strukturlar tərəfindən amerikalı vətəndaşların izlənməsi də var. Bununla yanaşı qanunda qeyd edilib ki, TikTok istifadəçilərin təhlükəli hərəkətlərini mükafatlandırır. Buna misal olaraq hərəkətdə olan avtomobilə müxtəlif əşyaların atılması və ya istifadəçilərin güzgüləri yandıraraq daha sonra onları öz bədənlərinin müxtəlif hissələri ilə söndürməyə çalışmalarını gətirmək olar.
        Bu cür hallar ilə mübarizə məqsədilə qanun tətbiq mağazalarına ştat sakinlərinə TikTok-u yükləməyi təklif etməyi qadağan edir. Bununla belə öz cihazlarına TikTok-u artıq quraşdırmış istifadəçilər ondan istifadə etməyə davam edə bilərlər. Qanunu pozmuş şirkətlər 10 000$ dəyərində cərimələnəcəklər. Qanunun tətbiq edilməsi məsələsində idarəetməni isə ştatın Ədliyyə Nazirliyi reallaşdıracaq. Ştatın qubernatoru olan Greg Gianforte bir neçə müddət bundan öncə dövlət qulluqçularına öz cihazlarında TikTok-dan istifadəni qadağan etmişdi. Gözləntilərə əsasən qubernator bu yeni qanunu da imzlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər