Müştəri məmnuniyyəti istiqamətində Azercell-dən yeniliklər

Müştəri məmnuniyyəti istiqamətində Azercell-dən yeniliklər

Sosyal Medya
10.11.2019 PAYLAŞIM

    “Azercell  Telekom” MMC  abunəçilərini innovativ xidmətlər və maraqlı məzmun təklifləri ilə təmin etməklə yanaşı, mütəmadi olaraq müştəri məmnuniyyətinin artırılması istiqamətində  müvafiq layihələr həyata keçirir. Daima istifadəçilərinin istəklərini öndə tutan Azercell, bu dəfə 3-cü tərəf şirkətlər ilə əməkdaşlıq siyasətində bir sıra dəyişikliklər edib. Lider operator 3-cü tərəf şirkətlərin fəaliyyətinin keyfiyyət və şəffaflığını yoxlamaq məqsədilə mütəmadi şəkildə apardığı araşdırmaların nəticələrindən irəli gələrək, şirkətin tələblərini qarşılamayan bir sıra məzmun təminatçısı ilə əməkdaşlığa xitam verib.

    Xatırladaq ki, hələ 2017-ci ilin oktyabr  ayından başlayaraq, təsadüfi qoşulmaların qabağını almaq məqsədilə Azercell istifadəçiləri 3-cü tərəf şirkətlərin təqdim etdiyi müvafiq xidmətə abunə olmaq üçün ilk öncə “landing page” - xüsusi keçid səhifəsinə yönləndirilir və sorğularını mobil nömrələrini daxil edərək, təsdiqləyirlər. Bu il noyabr ayının 12-dən etibarən isə Azercell İnteraktiv Səsli Cavablama Xidməti (IVR) üzərindən nömrədə mövcud abunəlik xidmətləri haqqında məlumat almaq və onlardan imtina etmək mümkünlüyünü də təmin edəcək. Bunun üçün *1111 nömrəsinə zəng edərək, operator ilə əlaqə saxlamadan, “Abunəlik xidmətləri ilə bağlı” bölümü seçilməlidir.

    “Azercell Telekom” MMC  abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və onlara ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyərək, bu  istiqamətdə fəaliyyətini tam gücü ilə davam etdirəcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell ilə Nəsimi irsindən zövq al

Lider mobil operator “Audio Kitab” layihəsində dahi şairin əsərlərini üç dildə təqdim etdi. ..


Instagram-a yaş qadağası gəldi: 13 yaşdan kiçiklər istifadə edə bilməyəcək..

Instagram yeni qaydalara əsasən 13 yaş limitini tətbiq etməyə başladı. 13 yaşından kiçiklər artıq İn..


50%-DƏK ENDİRİMLƏR, ƏYLƏNCƏLİ KONSERT, MARAQLI HƏDİYYƏLƏR – KONTAKT HOME-UN BU M..

6 dekabr saat 20:00-da Kontakt Home-un “Azadlıq Metrosu” mağazasının rəsmi açılış gecəsinə ailənizlə..



Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı

Davamlı texnoloji inkişaf üçün yeni imkanlardan faydalanaraq Bakutel-2019 Telekommunikasiya sərgisi ..


Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası

Rusiya dövləti öz vətəndaşlarına Wikipedia-nın təhlükəli və yalan məlumatlarla dolu olduğunu deyir. ..


Apple şirkəti bu il iPhone istifadəçiləri arasında məşhur olmuş tətbiqlərin reyt..

Apple şirkəti iOS istifadəçilərinin ən çox yüklədiklləri tətbiqlərin reytinqini tərtib edib...