Mütəxəssislər: 'Youtube-da həddən artıq video izləmə sosiofobiyaya səbəb olur'

Mütəxəssislər: 'Youtube-da həddən artıq video izləmə sosiofobiyaya səbəb olur'

Sosial Media
22.05.2023 PAYLAŞIM

    Qriffit Universitetinin tətbiqi psixologiya məktəbinin mütəxəssisləri belə nəticəyə gəliblər ki, Youtube-da həddən artıq video izləmə insanlarda narahatlıq, yalnızlıq və intihar fikirlərinin yaranmasına səbəb olur. Bundan daha çox 29 yaşından aşağı şəxslər və digər insanların həyatları ilə bağlı olan videoları izləyən şəxslər əziyyət çəkirlər.

    “Kontent yaradıcısı ilə istehlakçı arasında olan virtual birtərəfli münasibət istehlakçının həyatında olan müəyyən boşluqları doldura bilər. Lakin bu cür münasibət artıq mövcud olan problemləri daha da qəlizləşdirə bilər. Belə ki, istehlakçılar şəxsi ünsiyyətdə tam iştirak edə bilmirlər. Bu təcrübə isə əsasən inkişaf mərhələsində çox vacibdir. Biz, insanlara Youtube-dan istifadəni məhdudlaşdırmağı, yalnızlıqla mübarizə aparmaq və lazımi psixoloji sağlamlığı təmin etmək  üçün sosial səviyyədə digər qarşılıqlı əlaqə üsullarını axtarmağı məsləhət görürük” - deyə mütəxəssislər bildiriblər.


    Bundan əlavə olaraq mütəxəssislər qeyd ediblər ki, Youtube-da istifadəçilərə intiharla bağlı olan kontentlərin məsləhət görülməsini dayandırmaq lazımdır. İnsanlar bu cür mövzuları əhatə edən videoları axtarmaq kimi imkanlara sahib olmamalıdırlar. Lakin buna baxmayaraq Youtube alqoritmləri daha öncəki axtarış sorğularına əsaslanaraq müəyyən videoları məsləhət görürlər. Həmin videolar isə istifadəçiləri daha qəliz psixoloji vəziyyətə salırlar. Mütəxəssislər Youtube-dan gün ərzində 2 saatdan çox olmama şərti ilə istifadə etməyi, öyrədici və ya yumoristik kontentlər axtarmağı və digər insanların həyatlarını əhatə edən videolardan uzaq durmağı məsləhət görürlər.



DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×