Netflix “KPop Demon Hunters” üçün domeni sonradan əldə edib
Sosial Media
14.01.2026
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Netflix-in animasiya filmi “KPop Demon Hunters” qısa müddətdə platformanın ən böyük hitlərindən birinə çevrilib. Film həm izlənmə rekordları qırıb, həm də özü və musiqi albomu ilə müxtəlif mükafatlar qazanıb. Hazırda “KPop Demon Hunters” demək olar ki, hər yerdə müzakirə olunur.
Lakin maraqlı bir detal diqqət çəkib: Netflix filmin adını daşıyan KPopDemonHunters.com domeninə uzun müddət sahib olmayıb. İstifadəçilər bu ünvana daxil olduqda heç bir rəsmi səhifə ilə qarşılaşmayıblar. Səbəb isə domenin Netflix tərəfindən deyil, filmin premyerasından 3 gün sonra Almaniyada yaşayan bir şəxs tərəfindən qeydiyyatdan keçirilməsi olub.
Bu vəziyyət “Netflix filmin bu qədər böyük uğur qazanacağını əvvəlcədən görməmişdimi?” sualını gündəmə gətirib. Nəhayət, Netflix məsələ ilə bağlı hüquqi addım ataraq ticarət nişanı (trademark) əsasında müraciət edib və domeni geri almağa nail olub. Domen mübahisəsi barədə ilk məlumatı Domain Name Wire nəşri yayıb.
Beləliklə, Netflix gec də olsa, filmin adını daşıyan rəsmi domen üzərində nəzarəti ələ keçirib.
Paylaş