Netflix servisi bazar dəyərinə görə Disney şirkətini geridə qoydu

Netflix servisi bazar dəyərinə görə Disney şirkətini geridə qoydu

Sosial Media
16.04.2020 PAYLAŞIM

    Dünən Netflix servisinin səhmlərinin qiyməti 3.2% yüksəldi. Beləliklə şirkətin bir səhminin qiyməti 426.75$ təşkil etdi. Şirkətin sonuncu buna bənzər rekordu 2018-ci ilin iyul ayında müşahidə olunmuşdu. Həmin vaxtda Netflix-in bir səhminin qiyməti 419$ təşkil etmişdi. Bu barədə The Wrap saytı xəbər verib. Disney şirkətinin səhmləri isə aşağı düşməyə davam edir. Dünənki səhm satışları zamanı Disney şirkətinin bir səhminin qiyməti 103.37$ təşkil etdi. Beləliklə şirkətin səhm qiymətləri 14 apreldəki göstəricilərdən 2.5% aşağı oldu.

    Nəticə etibarilə Netflix servisinin bazar dəyəri 187.26 milyard dollara yüksəldi. Disney-də bu göstərici 186.63 milyard dollardır. Disney şirkətinin mövqelərinin bu dərəcədə zəifləməsi koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, şirkət öz yeni filmlərinin premyeralarını təxirə salıb və parklarını bilinməyən müddətə kimi bağlayıb. Bu ilin əvvəlində şirkətin bir səhminin qiyməti 148$ təşkil edirdi. Bununla paralel olaraq Netflix servisinin qiyməti qalxmaqda davam edir. Bu ilin yavar ayndan bəri onun səhmləri 40% yüksəliş sərgiləyiblər.

Bənzər xəbər


    Yüksək artım dinamikası onunla bağlıdır ki, ABŞ-da və Avropada olan milyonlarla insan koronavirus pandemiyası səbəbilə evdə oturmalı olur. Bununla yanaşı belə bir böyük ehtimal var ki, yaxın zamanda Netflix-in yüksək böyümə tempi ləngisin və hətta ümumiyyətlə dayansın. Əgər dünyada olan hal hazırki vəziyyət yaxın zamanda düzəlməsə, Netflix yeni kontent qıtlığı problemi ilə qarşılaşacaq. Bundan əlavə olaraq alıcılıq qabilyyətinin aşağı düşməsi nəticəsində bəzi istifadəçilər aylıq abunəlikdən də imtina edəcəklər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.


Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində mə..


Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində ç..

Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları mess..

×