Logo
    main-post-cover

    "Netflix, sevişmə səhnələrini ötürmək üçün xüsusiyyət əlavə edir" xəbəri sosial mediada gündəmə səbəb oldu!

    Sosial Media
    08.04.2024
    Aslan
         Elə bir gün olmur ki, internet dünyasında “təsadüfi” edilən bir şey realmış kimi təqdim olunmasın. Bu dəfəki əsas mövzumuz dünyanın ən məşhur onlayn serial və film platforması Netflix-dir. Soren Iverson adlı məzmun yaradıcısının öz fikrini irəli sürdüyü bir konsept sanki realmış kimi internetdə paylaşıldı.
         Soren Iverson, yeni ideyalar irəli sürən və onlar haqqında konseptual araşdırmalar aparan bir sosial media istifadəçisidir. Bu dəfə Iverson, Netflix üçün maraqlı bir xüsusiyyət ideyasını irəli sürərək sosial mediada gündəmə səbəb olub. Belə ki, o, X (keçmiş Twitter) platformasında paylaşdığı bir paylaşımda Netflix-in sevişmə səhnələrini ötürmək üçün bir düymə əlavə edəcəcəyini bildirib. Məzmunu oynatmağa başlamazdan əvvəl düyməni basan istifadəçi açıq-saçıq səhnələri görməyəcək və bu yolla da ailələr rahat şəkildə serial və ya filmlərə baxa biləcəkdilər.
         Qısa müddət ərzində internetə yayılan və 14 milyondan çox baxış sayına çatan bu paylaşımın bir çox istifadəçi tərəfindən real olduğu düşünülməyə başlanılıb. Lakin bu barədə açıqlama vermək məcburiyyətində qalan Soren Iverson, hər gün buna bənzər məntiqsiz şeylər çıxardığını bildirib.
    Paylaş