
NETTY2019 Azərbaycanın Milli internet mükafatının qalibləri elan edilmişdir
Sosial Media
20.06.2019
Emil
NETTY2019 Azərbaycanın Milli internet mükafatının 15-cü mükafatlandırma mərasimi baş tutdu. Rəsmi şəraitdə NETTY akademikləri cari ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqram və layihələrin arasında ən yaxşılarını elan etdilər.

Mərasimin iştirakçıları ölkənin ən böyük İT-şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV və çoxsaylı qonaqlar oldu. Bu il qalib olan şəxslər:
- İdman və Sağlamlıq: https://www.saglamaile.az
- İqtisadiyyat və Biznes: https://atabank.com
- Təhsil və Elm: http://www.bildirchin.az
- Mədəniyyət və Yaradıcılıq: http://shekiculture.az
- İnformasiya və Xəbərlər: https://www.local.az
- Elektron xidmətlər və Elektron kommersiya: http://www.limartis.az
- Cəmiyyət və Ailə: https://4kids.az
- Turizm və İstirahət: https://swtravel.az
- Dövlət: http://intangible.az
- Ən yaxşı social səhifəsi: www.fb.com/eVisaAzerbaijanAsan
- Virtual münsiflər seçimi: http://inloya.com
- İlin ən yaxşı videolayihəsi: Balta cizgi serial
- İlin mobil tətbiqi: BirBank

İlin İT-Hadisəsi: 1.Yeni açılan inzibati binada DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) tərəfindən avtomatlaşdırılmış xidmətlərin göstərilməsi 2. Azərbaycanda birinci blokçeyn layihəsinin işə salınması avtomatlaşdırılmış xidmətlərin göstərilməsi.
Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə: Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev.
Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Mükafatın baş partnyoru - NAR.
Qızıl partnyor – AZCLOUD.
Gümüşü partnyor - FOMINOV Consulting.
Azərbaycan Respublikası Dövlət Turuzm Agentliyi, BakuTel sərgisi, SmartHost şirkəti, Golden Pay şirkəti, Mihome.az mağazalar şəbəkəsi, Renley.az veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.
Layihənin informasiya partnyorları: Infocity.az, Technote.az, Oxu.az, Media.az, Urban.az, DeJure.az, Salamnews.org saytları, CBC və ITV telekanalları.
NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
