NETTY2019 nominantları müəyyən edilib

NETTY2019 nominantları müəyyən edilib

Sosial Media
01.06.2019 PAYLAŞIM

    NETTY 2019-in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir. İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticəsinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilmişdir. Nominantların yekun siyahısı ilə mükafatının saytında https://www.netty.az/nominants tanış olmaq olar. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başladı. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.

    Nominantlar içərisindən qaliblər 19 iyunda mükafatlandırmanın rəsmi mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.

Bənzər xəbər


    Eyni zamanda Akademiyanın qərarı ilə "Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə" və "İlin İT-Hadisəsi" fəxri nominasiyalarında qaliblər elan ediləcək. Həmçinin "İlin Mobil proqramı", "Virtual Münsiflər Heyətinin Seçimi", "Ən yaxşı videolayihə" nominasiyalarının qaliblərinin mükafatlandırılması olacaq.

    Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

    Mükafatın baş partnyoru - NAR.

    Qızıl partnyor – AZCLOUD.

    Gümüşü partnyor - FOMINOV Consulting.

    BakuTel sərgisi, SmartHost şirkəti, Golden Pay şirkəti, Mihome.az mağazalar şəbəkəsi, Renley.az veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.

    Layihənin informasiya partnyorları: Infocity.az, Technote.az, Oxu.az, Media.az, Urban.az, DeJure.az, Salamnews.org saytları, CBC və ITV telekanalları.

    NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

    Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə [email protected] ünvanına müraciət edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..

×