main-post-cover

    NETTY2019 nominantları müəyyən edir, seçim prosesi başladı

    Sosial Media
    24.05.2019
    Farid Pardashunas
        NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı. 24 may 31 may dövründə müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyəti (münsiflər heyəti yalnız "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.
        Müsabiqədə qələbəyə iddia edənlərin NETTY 2019-in nominantlarının yekun siyahısı 1 iyunda tarixində elan ediləcək.
        Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək.Həmin dövrdə həmçinin müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir.
        NETTY2019 qalibləri rəsmi olaraq mükafatlandırmanın təntənəli mərasimində elan edilirlər. Mərasimə mükafatın bütün nominantları dəvət edilir.
        İnternet-istifadəçilərdən öz növbəsində sosial loqin vasitəsilə Virtual münsiflər heyəti qismində saytda qeydiyyatdan keçib nominantların seçiminə təsir edə bilərlər.
        Saytda olan bütün səsvermələr 1 iyunda başa çatacaq.
        Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.
        Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.
        Mükafatın baş partnyoru - NAR.
        Qızıl partnyor – AZCLOUD.
        Gümüşü partnyor - FOMINOV Consulting.
        BakuTel sərgisi, SmartHost şirkəti, Golden Pay şirkəti, Mihome.az mağazalar şəbəkəsi, Renley.az veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.
        Layihənin informasiya partnyorları: Infocity.az, Technote.az, Oxu.az, Media.az, Urban.az, DeJure.az, Salamnews.org saytları, CBC və ITV telekanalları.
        NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
        Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər