main-post-cover

    Nizami E-Sport Arena və 'Gaming League Azerbaijan' fevral ayı ərzində 4 turnir təşkil edəcək

    Sosial Media
    04.02.2020
    Emil Nəcəfov
        Nizami E-Sport Arena və “Gaming League Azerbaijan” fevral ayı ərzində Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunan 4 turnir təşkil edəcək. Turnirlər 8, 15, 22 və 29 fevral tarixlərində, müvafiq olaraq PubG, Fortnite, DOTA2 və League of Legends oyunları üzrə keçiriləcək. Yarışların əsas məqsədi ölkəmizdəki ən güclü kiberidmançıları seçərək onlarla iş birliyinə başlayıb, gələcəkdə beynəlxalq yarışlarda iştiraklarına şərait yaratmaqdır. Mart ayının əvvəlində isə “GLA” tərəfindən seçilən kiberidmançılar, təşkil olunacaq mətbuat konfransında mediaya təqdim ediləcək.
    Linki kopyala