main-post-cover

    OpenAI rəqiblərə öz məhsullarının adlarında GPT abreviaturasından istifadə imkanını qadağan etmək istəyir

    Sosial Media
    25.04.2023
    Emil Nəcəfov
        Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı OpenAI şirkəti rəqiblərinə öz məhsullarında GPT (Generative Pre-trained Transformer) abreviaturundan istifadəni qadağan etməklə şəxsi brendini qorumağı hədəfləyib. Buna görə də şirkət GPT abreviaturunun şəxsi intellektual mülkiyyəti kimi tanınması üçün ABŞ-ın Əmtəə Nişanları və Patentləri Bürosuna (USPTO) sorğu göndərib. ChatGPT-nin bütün dünyada məşhur olmasından sonra TreatGPT, MedicalGPT, DateGPT DirtyGPT kimi alqoritmlər ortaya çıxdı. Bu alqoritmlər digər şirkətlər tərəfindən hazırlanıb.
        Buna görə də OpenAI şirkətinin öz məhsullarını digərlərindən ayırmaq istəməsi məntiqli görünür. Məlumata əsasən şirkət USPTO-ya sorğunu keçən ilin dekabr ayında göndərib. Mart ayında isə şirkət ondan sorğuya daha tez baxılmasını xahiş etdi. OpenAI belə bir arqument gətirmişdi ki, bazarda artıq ChatGPT adına bənzər digər məhsulların sayı olduqca çoxalıb. Lakin USPTO bu xahişi rədd edib. Bu isə o deməkdir ki, USPTO şirkətin sorğusuna adi rejimdə baxacaq. Buna isə 5 ay vaxt sərf edilə bilər. Mütəxəssislərin fikirlərinə əsasən OpenAI şirkətinin GPT abreviaturasını patentləşdirmək şanslarına sahibdir. Lakin bu məsələdə bəzi çətinliklər yaşana bilər.
    Linki kopyala