
Çinli sahibkar Cheng Hongwei, öz 8 yaşlı oğlunu kolqotkanın içərisinə saldı.
O bunu, hazırladığı kolqotkanın keyfiyyətini yoxlamaq üçün edib. Bu üsulla Cheng, potensial alıcıların diqqətini cəlb etməyə çalışıb. Cheng-in müştəriləri tərəfindən YouTube-a yüklənən videoda Cheng öz oğlunu kolqotkaya salıb onu silkələməyə başlayıb. O, silkələmə prosesini “çox yaxşı-çox yaxşı” cümlələri ilə davam etdirib. “Son zamanlarda biznes ilə məşğul olmaq asan deyil. Bu video isə bizim məhsulumuzun necə keyfiyyətli olmasının əyani sübutudur” – deyə çinli sahibkar bildirib. Çinin Weibo adlı sosial şəbəkə istifadəçiləri bu videonu birmənalı qarşılamayıblar. Onlar qeyd ediblər ki, bir neçə ildən sonra həmin uşaq, utanc hissi keçirəcək.
Şərh yoxdur