
Pavel Durov həbsdən azad edilib
Sosial Media
28.08.2024
Emil
Fransa məhkəməsi Pavel Durov-u həbsdən azad edib. Lakin bu, onun ifadəsinin alınması və nəticədə ona qarşı ittihamın qaldırılıb-qaldırılmaması qərarının verilməsi üçün edilib. Qeyd etmək lazımdır ki, Durov keçən həftənin şənbə günü Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. O, Telegram üzərindən edilmiş müxtəlif ciddi cinayətlərdə iştirakda günahlandırılır.
Durov baş vermiş cinayətlərdə özü şəxsən iştirak etməsə də, onların Telegram üzərindən edildiyi və messencer daxilində ciddi moderasiyanın olmadığı səbəbilə Durov bir növ iştirakçı qismində günahlandırılır. Polis bölməsində demək olar 4 gün qaldıqdan sonra Durov bu gün məhkəmə qarşısına çıxıb. Məlumatda qeyd edilib ki, istintaq hakimi ilkin ifadənin alınması və daha sonra mümkün ittihamın qaldırılması barəsində qərarın verilməsi məqsədilə Durov-un polis bölməsində saxlanması prosesini dayandırıb. Bu isə o deməkdir ki, Durov ilə baş vermiş bu hadisə hələ bitməyib və o, təkrar şəkildə həbs edilə bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
