Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb

Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb

Sosial Media
12.02.2021 PAYLAŞIM

    Keçən ilin dekabr ayında Pavel Durov bildirmişdi ki, Telegram-ın gəlir gətirmə vaxtı gəlib çatıb. O qeyd etmişdi ki, messencerin mövcud temp ilə böyüməsi çərçivəsində o, gəlir əldə etməli və xərcləri özü qarşılamalıdır. İndi isə Durov məşhur messencerlərdən biri olan Telegram-da reklam strategiyasının necə çalışacağından və onun istifadəçi təcrübəsinə necə təsir edəcəyindən danışıb.

    İlk öncə Durov söz verib ki, messencerdən sosial şəbəkə kimi deyil yalnız mesajlaşma üsulu kimi istifadə çərçivəsində fərdi və qrup çatlarında reklam elanları təqdim olunmayacaqlar. Onun sözlərinə əsasən messencer özünün konfidensiallıq siyasətini qoruyub saxlayacaq və reklam targetinqi üçün istifadəçi məlumatlarını yığmayacaq. Telegram-dakı kanalların sahiblərinə gəldikdə isə onlar reklamların inteqrasiya olunması ilə öz kontentləri sayəsində gəlir əldə edə biləcəklər.


    Bununla yanaşı reklamların inteqrasiya olunması ianələrin yğılmasını və ödənişli abunəlik sistemini ləğv etməyəcək. Bu üsul ilə kontent yaradıcıları öz abunəçilərinə uyğun strategiya quraraq kanalların maliyyələşdirilməsi üsulunu seçə biləcəklər. “Ənənəvi sosial şəbəkələr məlumatların yığılması və alqoritmlərin manipulyasiyası sayəsində uzun müddət istifadəçilərdən və reklam verənlərdən istifadə edirlər. Bunu dəyişməyin zamanı gəlib çatıb” - deyə Durov bildirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..

×