main-post-cover

    Pavel Durov: 'Telegram üçün olan inqilabi yenilənmə Apple tərəfindən 2 həftədir ki, gecikdirilir'

    Sosial Media
    11.08.2022
    Farid Pardashunas
        Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, Apple şirkəti artıq 2 həftədir ki, heç bir səbəb açıqlamadan messencerin yenilənməsini gecikdirir. Qeyd etmək lazımdır ki, bu, Pavel Durov-un Apple şirkətini tənqid etdiyi ilk hal deyl. Hələ bir neçə müddət bundan öncə o, Apple şirkətini Telegram Web-in imkanlarının məhdudlaşdrılmasında günahlandırmışdı. Durov qeyd edib ki, Apple şirkəti tərəfindən bütün mobil tətbiqlər üçün təyin edilmiş qeyri-şəffaf baxış prosesi səbəbilə Telegram komandası messencerin yeni versiyalarını istifadəyə verə bilmir. Buna misal olaraq o, Telegram-ın istifadəyə verilməsi planlaşdırılan növbəti yenilənməsini gətirib.
        Məlumata əsasən istifadəyə veriləcək yenilənmə insanların mesajlar mübadiləsi zamanı öz fikirlərini necə ifadə etdikləri məsələsində inqilab yaradacaq. Lakin Telegram-ın sözügedən yenilənməsi artıq 2 həftədir ki, Apple tərəfindən baxış prosesindədir. “Əgər dünyanın 10 məşhur tətbiqindən biri olan Telegram-la belə rəftar edirlərsə, daha kiçik miqyaslı tətbiqlərin tərtibatçılarının hansı problemlərlə qarşılaşdıqlarını sadəcə olaraq təsəvvür etmək olar. Bu, bütün dünya üzrə yüz minlərlə mobil tətbiqə külli miqdarda maddi zərbə vurur” - deyə Pavel Durov qeyd edib. Durov onu da qeyd edib ki, bu zərərin üzərinə həmçinin Apple və Google şirkətlərinin tərtibatçılardan əldə etdikləri 30%-lik komissiya əlavə olunur.
        Hələ bir neçə müddət budan öncə Durov Apple şirkətini tətbiqlərin veb versiyalarının imkanlarını məhdudlaşdırmaqda günahlandırmışdı. Həmin vaxt söhbət, Telegram Web-dən gedirdi. Onun sözlərinə əsasən messencerin veb versiyası iOS-də bütün imkanlarını sərgiləyə bilmir və Apple bilərəkdən veb versiyanın keyfiyyətini aşağı salır. Bu üsul ilə şirkət istifadəçiləri tətbiqləri App Store-dan yükləməyə məcbur edir. Belə ki, yalnız bu halda o, tərtibatçılardan 30%-lik komissiya əldə edə bilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər