Pərakəndə sektorun əsas oyunçuları 'Beynəlxaq Pərakəndə Konqresi'ndə görüşəcək

Pərakəndə sektorun əsas oyunçuları 'Beynəlxaq Pərakəndə Konqresi'ndə görüşəcək

Sosial Media
06.03.2019 PAYLAŞIM

Pərakəndə sektor üzrə MDB regionunun ən böyük innovasiya festivalı olan “Beynəlxalq Pərakəndə Konqresi” 22-23 Noyabr tarixində Bakıda baş tutacaqdır. Pərakəndə sektorun əsas oyunçularını bir araya gətirməyi planlayan Konqresdə, MDB ölkələrindən qatılacaq olan 2000`dən çox iştirakçı arasında sektor üzrə ekspert spikerlər, pərakəndəçilər, banklar, otellər, investorlar və start-uplar yer alacaqdır. Spikerlər arasında Sephora, Yandex Money, Lamborghini, The North Face, Facebook, Forbes, Turkcell, Adidas, IKEA, New Balance, Philip Morris kimi dünyaca məşhur şirkətlərdən ekspert spikerlər çıxış edəcəkdir.

Tədbir iştirakçıları üç fərqli platformadan yararlana biləcəklər: konfrans, sərgi və “networking” tədbirləri. İştirakçılar bu platformalara qatılaraq ekspert çıxışlarını dinləyəcək, B2B görüşlərinə qatılacaq, C-level proqramına qatılacaq, brendlərini hər kəs üçün açıq olan sərgi zonasında sərgiləyəcək və bizneslərinin uğuru üçün önəmli bağlantılar qurma şansı əldə edəcəkdir.

Bənzər xəbər


İştirakçıların rəsmi açılışdan öncə bağlantılarını inkişaf etdirmək məqsədilə 21 Noyabr tarixində “Retail Study Tour” təşkil ediləcəkdir. Tura qatılanlar Bakının ən kreativ mağazalarına ziyarət edəcək, milli restoranda Azərbaycan yeməklərini dadacaq və “Welcome Dinner”ə qatılaraq rəsmi açılışdan öncə qeyri-rəsmi mühitdə yeni əlaqələr qura biləcəklər.

Konqresin rəsmi açılışı 22 Noyabr tarixində baş tutacaqdır və tədbir iki gün davam edəcəkdir. İştirakçılar konfrans hissəsinə qatılaraq önəmli panel müzakirələrini dinləyə bilər və sərgi zonasını ziyarət edərək innovativ məhsul və xidmətlərlə tanış ola bilərlər. Həmçinin, VIP qonaqlar agendadan kənar baş tutacaq “C-level Program”a qatılaraq qapalı sessiyalarda və B2B görüşlərində iştirak edə bilərlər. Qeyd edək ki, tədbirin sərgi zonası hər kəsə açıq olacaqdır və maraqlı şəxslər tədbirə bilet almadan sərgi stendlərini rahatlıqla ziyarət edə biləcəklər.

Tədbirlə maraqlanan şəxslər rəsmi sayta daxil olaraq biletlərini onlayn sifariş edə bilərlər: internationalretailcongress.com

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..


Clubhouse-un Android versiyasının nə zaman istifadəyə veriləcəyi məlum olub..

Məşhur Clubhouse sosial şəbəkəsinin həmtəsisçisi Paul Davison bildirib ki, tətbiqin Android versiyas..

×