PewDiePie yenə diqqət mərkəzində. Blogger, rasizmlikdə ittiham olunur və videoları blocklanır (VİDEO)

PewDiePie yenə diqqət mərkəzində. Blogger, rasizmlikdə ittiham olunur və videoları blocklanır (VİDEO)

Sosial Media
11.09.2017 PAYLAŞIM

PewDiePie ləqəbi ilə tanınan məşhur videoblogger Felix Kjellberg-i bu dəfə rasizmlikdə ittiham ediblər.

Belə ki, o, son zamanlar çox məşhur olan PlayerUnknown’s Battlegrounds adlı oyundan canlı yayım edərkən “niger” sözündən istifadə edib. “Bu nə gicbəsər nigerdir? Aman tanrım, üzr istəyirəm, lakin lənətə gəlsin nə baş verir?” – deyə blogger, oyun zamanı bildirmişdi. Felix-in bu reaksiyası, Campo Santo adlı studiyanın təsisçilərindən biri Sean Vanaman-ın diqqəini çəkib. O isə öz növbəsində müəllif hüquqlarının pozulması səbəbilə PewDiePie-a şikayət yığılması üçün oyun yaradıcılarına səslənib. “Bu uşağın bizim əziyyətlərimizin üzərindən necə pul qazandığını görmək, ürəyimi bulandırır” – deyə Vanaman öz Twitter hesabında bildirmiş və YouTube-dan studiyanın ilk oyunu Firewatch-a aid Felix-in bütün videolarının block olunmasını tələb etmişdir. Vanaman-ın bu tələbindən sonra YouTube, PewDiePie-ın videolarını block etməyə başlayıb. Felix isə bu hadisə ilə bağlı hələki heç bir açıqlama verməyib. 27 yaşlı Felix-in YouTube kanalına 57 milyon insan abunə olub. Forbes jurnalının məlumatlarına əsasən Felix, dünyanın ən çox qazanan videobloggerləri siyahısında birinci yerdədir və onun illik gəliri 12 milyon dollar təşkil edir.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Youtube-da təhqiredici şərhlər ilə mübarizə üçün yeni funksiyanı istifadə..

Youtube kanalların müəllifləri tez-tez öz videolarının şərh bölmələrində digərləri tərəfindən təhqir..


Whatsapp-ın iOS versiyasına yeni funksiyalar əlavə edilib

Whatsapp tərtibatçıları iPhone istifadəçiləri üçün messencerin yeni versiyasını təqdim ediblər...


Telegram-ın beta versiyasına çoxdan gözlənilən qrup audizəngləri funksiyası əlav..

Telegram tərtibatçıları messencerin imkanlarını genişləndirməkdə davam edirlər. Belə ki, Telegram-ın..


Youtube-dakı videokontent yaradıcılarına kömək üçün Google şirkəti yeni süni zək..

Bir neçə ay bundan öncə Google şirkəti Youtube videoservisinə çox faydalı bir funksiya əlavə etmişdi..


İstifadəçi baxmayacaq amma dinləyəcək: Youtube-da yeni reklam formatı istifadəyə..

Youtube videoservisindəki reklam elanları artıq hamıya məlumdur. Təbii ki, istifadəçi öz istəyinə uy..


Twitter Fleets: Twitter istifadəçiləri üçün Instagram Stories analoqu istifadəyə..

Twitter sosial şəbəkəsi özünün Instagram-dakı Stories analoqunu işə salıb. Söhbət, Fleets adlı bölmə..

×