Logo
    main-post-cover

    Pinterest AI kontentlərə görə tənqid olunur

        Technote.az “WIRED” platformasına istinadən bildirir ki, Pinterest istifadəçiləri süni intellektlə yaradılan aşağı keyfiyyətli kontentdən beziblər. Platformada AI tərəfindən avtomatik hazırlanmış şəkillər, reseptlər və bloqlar getdikcə artır və bu, istifadəçilərin etimadını ciddi şəkildə sarsıdır.
    Top 10 AI Pinterest Pins Makers - BuddyX Theme
        Kaliforniyada yaşayan Caitlyn Jones uzun müddət idi ki, Pinterest platformasından övladı üçün reseptlər tapmaq məqsədilə istifadə edirdi. Lakin bu ilin sentyabrında qarşılaşdığı bir hadisə onu məyus edib. O, yavaş bişirici üçün nəzərdə tutulmuş “toyuq və brokkoli” reseptini seçib, inqrediyentləri alıb və yeməyi hazırlamağa başlayıb. Ancaq reseptdə “toyuğu slow cooker-ə log edin” kimi məntiqsiz ifadə ilə rastlaşıb. Şübhələnən Jones reseptin yerləşdirildiyi bloqun “About” bölməsinə daxil olub. Burada ideal görünüşlü, lakin süni olduğu açıq-aşkar hiss edilən bir qadın təsviri və olduqca ümumi, şablon bioqrafiya yer alıb. Nəticə isə məyusedici olub: dadsız, sulu və keyfiyyətsiz bir yemək. Məyusluğunu bölüşmək üçün Jones Reddit-dəki r/Pinterest icmasına üz tutub. O, platformanın əsas dəyərini, real insanlar və orijinal ideyaları itirdiyini bildirib və artıq Pinterest-dən tamamilə imtina etdiyini deyir.
        Bu tip məzmunlar internetdə “AI slop” adlandırılır. Yəni kütləvi şəkildə, aşağı keyfiyyətlə süni intellekt tərəfindən istehsal edilən kontent. Cornell Tech-in Təhlükəsizlik və Etimad Təşəbbüsünün direktoru Alexios Mantzarlis bu vəziyyəti “istifadəçilərə zorla yedirilən iştahasız rəqəmsal sıyıq” kimi təsvir edir. Onun sözlərinə görə, bu problem artıq yalnız Pinterest-ə yox, demək olar ki, bütün platformalara aiddir.
        2010-cu ildə “vizual kəşf platforması” kimi yaradılan Pinterest uzun müddət reklamsız fəaliyyət göstərib. Lakin son illərdə platforma özünü “AI əsaslı alış köməkçisi” kimi yenidən mövqeləndirib. 2022-ci ildən etibarən lentlərdə reklamların sayı kəskin artıb. Məsələn, WIRED tərəfindən aparılan müşahidəyə əsasən, “ballet ayaqqabıları” axtarışı zamanı göstərilən ilk 73 pinin 40 faizindən çoxu reklam olub.
    Paylaş