Qualcomm Huawei şirkətinin öz smartfonlarına Kirin prosessorlarını geri qaytarmasından uduzacaq

Qualcomm Huawei şirkətinin öz smartfonlarına Kirin prosessorlarını geri qaytarmasından uduzacaq

Sosial Media
07.09.2023 PAYLAŞIM

    Huawei Mate 60 smartfon seriyasında istifadə edilən Kirin 9000s adlı prosessor ətrafında söz-söhbət bitmək bilmir. Dünən məlum oldu ki, sözügedən prosessorun istehsalı Huawei-yə 100 dəfə daha baha başa gəlir. İndi isə məşhur analitik Ming-Chi Kuo bu vəziyyətdə uduzan tərəfin adını açıqlayıb. Söhbət, Qualcomm şirkətindən gedir. Məsələ burasındadır ki, Qualcomm Huawei-yə 2022-ci ildə 23-25 milyon ədəd, 2023-cü ildə isə 40-42 milyon ədəd Snapdragon prosessoru satdı.

    Lakin 2024-cü ildən başlayaraq Huawei öz smartfonlarını fərdi istehsalı olan Kirin prosessorlarına köçürməyi hədəfləyib. Bu isə öz növbəsində Qualcomm-u 50-60 milyon ədəd prosessor istehsalı sifarişindən məhrum edəcək. Qualcomm üçün daha bir problem Samsung ilə bağlıdır. Belə ki, son məlumat sızıntılarına əsasən Samsung gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfon seriyasına Exynos prosessorunu geri qaytarmağı planlaşdırır.


    Analitiklərin fikirlərinə əsasən bu cür şərtlər çərçivəsində Qualcomm Çin bazarında mövqelərini qoruyub saxlamaq üçün artıq bu ilin sonunda qiymət müharibəsi aparacaq. Bununla belə Snapdragon 8 Gen 3 və digər prosessorları endirimli qiymətlərlə əldə etmək imkanına sahib olacaq smartfon istehsalçıları çətin ki, öz cihazlarının satış qiymətlərini aşağı salsınlar. Çox güman ki, onlar öz smartfonlarının qiymətlərini əvvəlki səviyyədə saxlayacaqlar. Belə ki, istehsalçılar gəlirin artmasında maraqlıdırlar.



DAHA ÇOX


Whatsapp-da yaxın zamanda süni zəka funksiyaları istifadəyə veriləcək

Meta Connect tədbiri çərçivəsində Whatsapp tərtibatçıları yaxın zamanda messencerə əlavə ediləcək ye..


Whatsapp-a yeni vacib təhlükəsizlik funksiyası əlavə ediləcək

Whatsapp-ın 2.23.20.4 nömrəli yeni beta versiyasında yeni maraqlı funksiyanın testinə start verilib...


Instagram hesabını silmədən Threads-dəki hesabı silmək mümkün olacaq

Meta şirkəti Threads adlı yeni sosial şəbəkəsini istifadəyə verəndən sonra bir mövzu ilə bağlı istif..


Whatsapp yaxın zamanda bəzi köhnə smartfonlarda artıq çalışmayacaq

Whatsapp yaxın zamanda köhnə Android dəstəkli smartfonlarda artıq çalışmayacaq.


Whatsapp Business üçün iki yeni funksiya anons edilib

Whatsapp şirkətlərə və onların müştərilərinə bəzi prosesləri daha sürətli şəkildə yerinə yetirməyə i..


Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə ve..

Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün bir n..

×