Logo
    main-post-cover

    Reddit istifadəçiləri, YouTube-un uşaq kanallarında 18+ videoların paylaşıldığını bildirirlər!

    Sosial Media
    13.08.2024
    Aslan

         YouTube-da uşaqlara yönəlmiş kimi görünən bəzi məzmunların ədəbsiz videolarla dolu olduğu müəyyən edilib. Yaradıcılar, YouTube siyasətlərindən yan keçmək üçün animasiyalar yaradırlar.

         Reddit istifadəçilərinin fikrincə, kanal sahibləri YouTube qaydalarından yan keçmək üçün animasiya məzmunu yaradırlar. Kanala kənardan baxan istifadəçi, onun uşaqlar üçün məzmun hazırladığını düşünür. Lakin videoları izləməyə başladıqda vəziyyət dəyişir. İddialara görə, sözügedən kanallarda hər cür “NSFW” məzmunu yer alır. Reddit istifadəçiləri iddia edirlər ki, sözügedən kanal sahibləri hər şeyi açıq şəkildə göstərirlər. Əslində iş o yerə çatıb ki, hətta videoların üz qabığında da çılpaqlıq elementləri var. Onu da qeyd edək ki, platformanın aylıq istifadəçilərinin sayı təxminən 2.5 milyarddır və bunun da 10%-ni uşaqlar təşkil edir. Vəziyyətin nə qədər ciddi olduğunu bu statistikadan başa düşmək olar.
         Artıq bir müddətdir ki, YouTube-da çılpaqlıqla bağlı məzmunlar yer almağa davam edir. Platforma, bununla bağlı əlindən gələni etdiyini desə də, deyəsən, hələ də tam həll yolunu tapa bilməyib. Əgər xatırlayırsınızsa, bu yaxınlarda sizinlə paylaşdığımız bir xəbərdə, zahirən OnlyFans fenomeni kimi görünən bir qadının "təhsil" adı altında ədəbsiz davranışlar sərgilədiyini qeyd etmişdik. İndi isə görək YouTube bütün bunları necə həll edəcək.
    Paylaş
    Bənzər xəbərlər