Logo
    main-post-cover

    Reddit r/popular bölməsini ləğv edir

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Reddit yeni istifadəçilər üçün ənənəvi əsas səhifə olan r/popular bölməsini aradan qaldırmağa hazırlaşır. Şirkətin CEO-su Steve Huffman (Spez) bildirib ki, r/popular “artıq işləmir” və Reddit istifadəçilərinə daha dəqiq, daha maraqlı və daha şəxsi feed-lər təqdim edilməlidir.
        Onun sözlərinə görə, Reddit uzun illər “internetin əsas səhifəsi” kimi tanınıb, amma bu model artıq köhnəlib. O deyir ki, “Hər bir istifadəçinin maraqları fərqlidir və hər kəs eyni səhifəni görməməlidir.”
        CEO həmçinin qeyd edir ki, r/popular əslində “ümumilikdə Reddit-in ən populyar mövzularını göstərmir”. Bu bölmə daha çox “ən aktiv istifadəçilərin bəyəndiyi” paylaşımları təqdim edir və bu da yeni istifadəçilər üçün doğru mənzərə yaratmır. Buna görə də platforma yaxın zamanda yeni istifadəçilərə r/popular-ı göstərməyəcək və əgər bir istifadəçi onu aktiv oxumursa, bu bölmə əsas feed-lərdən də çıxarılacaq.
    Paylaş