
Reklam bloklayıcılı brauzerlərdə Youtube videoları daha ləng işə düşürlər
Sosial Media
21.11.2023
Emil
Reddit istifadəçiləri aşkar ediblər ki, Youtube videoservisində videolar bütün brauzerlərdə olduqca ləng şəkildə işə düşür. Bəziləri bunda antimonopoliya qanunlarının pozulmasını, bəziləri isə Google şirkətinin reklam bloklayıcıları ilə mübarizəsini görüblər. Reddit istifadəçilərinin sözlərinə əsasən videoservis daxilində hər hansısa bir videoya daxil olan zaman ekran 5 saniyə müddətində yükləmə rejiminə keçid edir. 5 saniyədən sonra isə video işə düşür. Bəzi istifadəçilər bu problemi Chrome da daxil olmaqla digər brauzerlərdə aşkar ediblər. Bəzi istifadəçilərin sözlərinə əsasən isə Chrome-da elə bir problemlə qarşılaşmayıblar.

Bu problemlə qarşılaşmış istifadəçilər arasında Microsoft Edge, Mozilla Firefox, Brave və Opera kimi brauzerlərin istifadəçiləri var. Videoservisin hətta Chrome brauzerində də ləng çalışmasını istifadəçilər reklam bloklayıcıları ilə əlaqələndiriblər. Məsələ burasındadır ki, brauzer istifadəçidə reklam bloklayıcısının aktiv olduğunu təyin edir. Görünür, Google bu yeni praktikasını tədricən istifadəçilər arasında tətbiq edir. Məsələ burasındadır ki, şirkət hələ bir neçə müddət bundan öncə Youtube reklamlarına qarşı hədəflənmiş reklam bloklayıcıları ilə mübarizəyə başlamışdı. İstifadəçilərdən biri isə Youtube saytında xüsusi kod olduğunu aşkar edib. Həmin kod reklam bloklayıcısından istifadə edənlərdə hər hansısa videonun işə düşməsindən öncə 5 saniyəlik gecikməni işə salır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
