main-post-cover

    Rəqabətə dözməyən daha bir platforma: Canlı yayımlar üçün olan Periscope servisi bağlanacaq

    Sosial Media
    16.12.2020
    Farid Pardashunas
        2015-ci ildə işə salınmış və Twitter-ə məxsus olan Periscope servisinin təmsilçiləri servisin dəstəyinin dayandırıldığını elan ediblər. Öz bəyanatında Periscope komandası servisin nə zaman deaktiv ediləcəyini bildirib və istifadəçilərə canlı yayımlar üçün alternativ variantlardan istifadəni məsləhət görüb. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Periscope gələn ilin 31 mart tarixində tamamilə bağlanacaq. Servisdə yeni istifadəçi hesablarının yaradılması funksiyası 15 dekabrda deaktiv edilib. Twitter təmsilçilərinin sözlərinə əsasən servisin məşhurluq səviyyəsi aşağı düşdüyündən onlar bu çətin qərarı verməli olublar.
        Bununla yanaşı Periscope-un bağlanmasından sonra tərtibatçılar komandası Twitter daxilində olan canlı yayım sisteminin təkmilləşdirilməsinə yönləndiriləcəklər. Hal hazırda Twitter istifadəçiləri canlı yayımlar üçün Live funksiyasından istifadə edə bilərlər. Periscope servisinin saytına gəldikdə isə o, bir müddət videoyayımların arxivi qismində mövcud olacaq. Periscope-da paylaşılmış bütün videoyayımları Twitter-dəki istifadəçi hesabına inteqrasiya etmək mümkün olacaq. Bundan əlavə olaraq göndərilmiş sorğu vasitəsilə stifadəçilər Periscope-dakı videoyayımlarını kompüterə yükləyə də biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər